Nyukasl Universitetinin nümayəndəsi ixracatçılara təlim keçdi

Nyukasl Universitetinin nümayəndəsi ixracatçılara təlim keçdi
13 July
2017
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın təşviqi proqramları və onların kiçik və orta sahibkarlığın inkişafına təsiri” mövzusunda seminar keçirilib.
Seminarda İngiltərənin nüfuzlu Nyukasl Universitetinin (Newcastle University Business School) nümayəndəsi Dr. Robert Nyuberi “İxracın təşviqi proqramları və kiçik və orta sahibkarların performansı” mövzusunda çıxış edib. Dr. Robert Nyuberi iştirakçılara İngiltərənin bu sahədə təcrübəsi və bu ölkədə aparılan araşdırmalar barədə geniş məlumat verib. O, İngiltərədə kiçik və orta ixracatçı şirkətlərin nümunəsində aparılan araşdırmalar, İngiltərədə ixracın təşviqi üçün tətbiq olunan innovativ alətlər barədə təqdimatla çıxış edib. Dr. Robert Nyuberi qeyd edib ki, Azexport ixracın artırılması üçün yaradılmış unikal bir e-ticarət platformasıdır
Bundan sonra Azexport portalının rəhbəri Dr. Zaur Qardaşov isə “Azexport - ixraca dəstəyin yeni modeli kimi” mövzusunda təqdimatla çıxış edib. O, Azexport portalının və Rəqəmsal Ticarət Qovşağının sahibkarlara yaratdığı imkanlardan danışıb.
Nyukasl Universitetinin digər nümayəndəsi Çarli Skot isə “İngiltərədə orqanik ərzaq məhsullarına artan tələbat və ixrac imkanları” mövzusunda çıxış edib. Azərbaycanın İngiltərəyə orqanik ərzaq məhsulları ixrac etməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
Qeyd edək ki, seminarda dövlət qurumlarının, ixracatçı şirkətlərin və assosiasiyaların, həmçinin elmi tədqiqat institutlarının nümayəndələri iştirak edib.

Sonda iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Nyukasl Universiteti adından sertifikatlar təqdim olunub.

Add Comment

You must login to add a comment. If you do not have an account, you may register for one. Registration is free!